Elektron Kitab
Elektron Kitab
Elektron kitab və ya E-book – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir). Həcmi 16Mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir.
Elektron kitab elektron nəşrin bir qoludur desək səhv etmərik. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır.
Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitabları planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı böyük vaxtın olmasıdır. Müasir elektron kitablar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar. Elektron sənədləri oxumaq üçün ixtisaslaşdırılmış ilk qurğu DEC şirkəti tərəfindən yaradılmışdır. 1996-cı ildə DEC dəmir tərkibli “DEC-LECTURE” adlı, monoxrom sensorlu ekranı olan planşet kompüterlər yaradılmışdır. İlk dəfə yaradılarkən, çox baha olduğundan istehsalda geniş yer tuta bilməmişdi. İlk kütləvi LCD monoxrom ekranlı elektron kitab qurğusu 1998-c ildə Nivo Media və Soft Book Press şirkətləri ilə eyni vaxtda buraxılmışdır. Bir müddət sonra onlar modernləşdirilmiş və rəngli ekranlı, geniş funksiyalı elektron kitablar istehsal edilməyə başlanılmışdı. Bu model texniki imkanların yüksək olmasına baxmayaraq, geniş vüsət ala bilməmişdi.
Bir müddət sonra xolestrik (maye-kristal ekranlı) elektron kitablar yaradıldı. Ekran imkanının artmasına və fərdi iş vaxtının çoxalmasına baxmayaraq, onlara ehtiyac az oldu. 2007-ci ildə ekranın (elektron kağız texnologiyalı ekranın yaranması ilə) elektron kitab bazarında artım oldu. Bəzi modellərə tələbat olsa da, onlar fərdi kompüterlərdən və smartfonlardan populyarlıqdan geri qalırdılar.
Elektron kitabların ənənəvi kağız kitablarla müqayisə etsək
- 1.Elektron kitabda mətndə axtarış edilə bilər, böyük istinadlara keçid ola bilər, müvəqqəti qeyd və seçmə təsvir edilə bilər.
- 2.Bir qurğuda 1000-dən artıq kitab saxlanıla bilər.
- 3.Elektron kitabı bir yerdən başqa yerə aparmaq asandır, çünki çox kiçik həcmə və ölçüyə malikdir.
- 4.Lazım olduqda, oxuma zamanı, şriftin formasını və ölçüsünü dəyişmək mümkündür.
- 5.Elektron kitab animasiyalı şəkillərə, multimediyalı kliplərə baxmağa imkan verir.
- 6.Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız mətndən xeyli ucuzdur.
- 7.Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir.
- 8.Elektron kitabın axtarışı və yayılması xeyli yüksəkdir.
- 9.Elektron kitab təbiətə ziyan vurmağın qarşısını alır, belə ki, böyük həcmli kağıza qənaət edir.
Elektron kitab və ya E-book həm də elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir. Burada oxucunu dinləyiciyə çevirmək üçün audiokitabdan istifadə edilə bələr. Audiokitab Oxucunu dinləyiciyə çevirən hazır ədəbiyyat məhsuludur. Bədii əsəri növündən asılı olmayaraq, onu monoton, yorucu olmayan səslə dinləyiciyə (Oxucuya) çatdırmaqdır. Mətni səsləndirən özünü hardasa atristliyə vurmamalı, səmimi olmalıdır. Heç kim müəllifin yerinə deyə bilməz ki, o özü yazdığını belə səsləndirərdi. Burada səs vacib rola malik olduğu kimi səsi müşayiət edən musiqi və digər səs effektləri də az rol oynamır. Dinləyici eşidəcəyi ədəbiyyat nümunəsini qulağı ilə oxumaq imkanını əldə etməlidir. Adətən Audiokitabda istifadə edilən musiqilər məhz həmin əsər üçün yazılır. Nə vaxtsa başqa yerdə eşidilən musiqi təkrar istifadə olunursa, audio kitabda həmin təkrarçılıq dinləyicidə istiqaməti dəyişdirə bilər. Bununla da dinləyici eşitdiyi ədəbiyyat nümunəsində kələfin ucunu itirib, bu musiqini daha harada eşitdiyi haqda fikirləşə bilər. Bu bir növ kitab oxuyan adamla yanaşı dayanaraq, ona lətifə danışmaqla, oxuduğundan fikrini yayındırmağa bənzəyir. Audiokitab üçün mətni oxuyan şəxsdə PAFOS olmamalıdır! Pafosla səsləndirilən ədəbiyyata 5 dəqiqə, 10 dəqiqə, lap əsəblərini cilovlayıb 15 dəqiqə qulaq asarsan, daha davamı ilə maraqlanmadan o diski birdəfəlik ata bilərsən. Bununla da potensial dinləyicini (Oxucunu) birdəfəlik itirmək mümkündür.
Online Kitab oxu
Online kitab oxumaq günümüzdə çox lazımlı və əldə oluna bilər.
Online Kitab Oxumaq nələrə xeyirdir?
12 avqust 2017, 17:15
E-kitab, yazı, şəkillər vəya hər ikisindən ibarət olub rəqəmsal mühitdə yayımlanan bilgisayar vəya elektron cihazlar vasitəsi ilə oxunan kitablardır.
Ümumiyyətlə İpad, android planşet, ağıllı telefonlar, kitab oxuyucu cihazlar və bilgisayarlarda oxuna bilən hər növ fayla e-kitab demək olar. Elektron kitabın ən böyük ütünlüyü yüzlərlə kitabı üzünüzlə hər yerə apara bilərsiniz. İstər əlavə bir cihaz istifadə etmədən telefon vəya planşetinizlə, istərsədə çantanızda kiçik bir yer tutacaq xüsusi e-kitab oxuyucu cihazlar ilə 32 GB-lıq bir yaddaş ilə təxminən 10.000-15.000 kitabı özünüzlə hər yerə apara bilərsiniz.
Həqiqi kitaba ən yaxın e-kitab oxuma növü sırf e-kitab oxuma məqsədi ilə istehsal olunmuş və arxa fonunda işıq qaynağı olmayan, bu səbəbdən də gözləri normal kitab oxumaqdan daha çox yormayan e-kitab oxuyucu cihazlardır. Əgər bir e-kitab oxuyucunuz yoxdursa planşet və ağıllı telefonlarınızda da kitab oxuya bilərsiniz.
Epub kindle kimi həqiqi ekitab məqsədli düzəldilmiş fayl tiplərinin bütün cihazlarda oxunması çox asandır. Bu növ fayllar kitab səhifələrini sizin seçəcəyiniz yazı ölçüsünə görə avtomatik sazlayır. 300 səhifəlik bir kitabı e-kitab oxuyucu bir cihazda ya da İOS əməliyyat sistemi ilə işləyən İBooks və ya Android üzərində işləyən Google Books proqramları ilə açdığınızda seçəcəyimiz yazı ölçüsünə görə kitab 600 səhifə ola bilər. Bu isə ekranınızda yazı ölçüsünü istədiyiniz böyüklüyə gətirib aşağı-yuxarı, saöa-sola sürüşdürmədən rahat oxuyabiləcəyiniz mənasına gəlir. Səhifə dəyişdirmək işini isə ekranın sağ vəya soluna vuraraq vəya səs düynəsindən istifadə edərək dəyişdirmək mümkündür. Əlavə olaraq ekran işığını və rəngini istədiyiniz kimi dəyişdirərək gözünüzün yorulmasına mane ola bilərsiniz.
PDF və word fayl formatındakı e-kitablar səhifə bloklarından təşkil olunduğu üçün bilgisayar və böyük elranlı planşetlərdə rahat oxunsalar da, kiçik ekranlı mobil cihazlarda və e-kitab oxuyucularında tam səhifə görüntüsündə yazılar oxunmayacaq qədər kiçik görünəcək. Yazıları oxuya biləcəyiniz ölçüyə qədər böyütsəniz bu dəfə bütün səhifəni hətta bir sətri tam görə bilməyəcəksiniz. Hər sətri oxuduqda səhifəni sağa sola doğru sürüşdürmək məcburiyyətində qalacaqsınız. Aşağı doğru oxuduqca səhifəni aşağı sürüçdürəcək, səhifədəki şəkilləri görə bilmək üçün ya səhifəni kiçildəcək ya da cihazı yan döndərəcəksiniz. Bundan başqa ekran parlaqlığını sazlaya bilmədiyinizə görə qazanlıqda kitab oxuduqda gözləriniz çox yorulacaq.
Elektron kitab formatları
E-kitab texnologiyası inkişaf etməkdə olduğu üçün hələ ki standar bir fayl tipi yoxdur. PDF formatındakı e-kitabıar istifadə asanlığı uyğunluğu və çox məşhurluğu ilə önə çıxır. Buna baxmayaraq EPUB formatı açıq qaynaqlı olma xüsusiyyətinə görə 2011-ci ildən populyarlığı sürətlə artmışdır.
ArghosReader .aeh
DjVu .djvu
EPUB (IDPF) .epube
Reader .pdb
FictionBook .fb2
HTML .html
Kindle .azw
Microsoft Reader .lit
Mobipocket .prc, .mobi
Multimedia EBook .exe
Plain text .txt
Plucker .pdb
Portable Document Format .pdf
PostScript .ps
Repligo .rgo
TealDoc .pdb
Tome Raider .tr2, .tr3
E-kitab hansı cihazlarla uyğundur və oxuna bilər.
E-kitabların məşhurlaşması ilə birlikdə demək olar ki bütün ekranı olan elektron cihazlarda kitab oxumaq mümkün hala gəlib.
E-kitab oxuyucu cihazlar (Iriver eBook Reader, Oblio E-Book Plus, Kindle, ReederLITE, reedPAD2)
- Windows, Mac ve Linux əməliyyat sistemli bilgisayarlar
- Iphone və Ipad-lər
- Blackberry-lər
- Windows və Android Əməliyyat Sistemli planşetlər
- Windows, Bada və Android Əməliyyat Sistemli Ağıllı cib telefonları
- Nintendo DS oyun konsolları
- PSP oyun konsolları
- Naviqasiya cihazları
- Bəzi daşınabilən musiqi oxuyucular
Elektron kitabların üstünlükləri
- Multimediya dəstəyi: E-kitablar yazıdan əlavə olaraq şəkil, səs və video daşımaları sayəsində sadəcə yazı oxumağı sevməyən oxuyucuların diqqətini cəlb edir. Əlavə olaraq flash dəstəkli bəzi e-kitab oxuyucularla interaktiv kitablar toxunaraq, izləyərək, dinləyərək daha da diqqət çəkməkdir.
- Sağlıklı: E-kitab vasitəsi ilə astma və allegik xəstəlikləri olan oxuyucular kitab kağızlarından əmələ gələn tozlardan qurtulmuş olurlar.
- Zamanında və pula qənaət: İnternet üzərindən ödəyərək və anında yükləyərək sahib olunabilməsi, daşınma xərclərinin olmaması qənaət etmə imkanı verir.
- Axtarış: Kitabın içində söz vəya sözbirləşməsi axtarma imkanı.
- Yeniləmə asanlığı: Dəyişiklik lazım olan e-kitablarda kitabın müəllifi rəqəmsal mühitdə dəyişiklikləri edərək, oxuyucuya yenilənmiş versiyanı yüklə imkanı verir.
- Asan daşınması: E-kitab texnologiyası sayəsində minlərlə kitabı daşınabilən cihazlarda özünüzlə hər yerə aparabilər və hər mühitdə oxuyabilərsiniz.
- Yerə qənaət: Evdə vəya ofisdə kitabların tutduğu yerlərə başqa əşyalar yerləşdirərək yerə qənaət etmiş olarsınız.
E-kitabların mənfi cəhətləri
- Kitab qoxusu: Kitabların qoxusunu verən hər hansı bir texnologiya icad edilmədiyi üçün kitabın qoxusunu içinə çəkə-çəkə oxuyanlar üçün bir əksiklik olacaq.
- Göz yorğunluğu: İşıq qaynağı olmadan oxuma imkanı verən e-kitab oxuyucu cihazlardan başqa, digər bilgisayar, cib telefonu, planşet kimi oxuyucu cihazlar gözləri yorur.
- Pirat: DRM qorunması olmayan kitabların kopyalama və yayılma asanlığı.